Daşıma şərtləri
Proex MMC göstərdiyi vasitəçilik xidməti çərçivəsində satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətində, tərkibində, forma və ölçüsündə, satış anbarında tükənməsində, vaxtında çatdırılmamasında yaranan problemlərə görə məsuliyyət daşımır. Birbaşa etdiyiniz sifarişlərdə mağaza tərəfindən yanlış, yararsız və zədələnmiş məhsul göndərildiyi təqdirdə geri qaytarma xidmətimizdən yararlana bilərsiniz. Bağlamanız Bakı ofisimizə daxil olduqdan sonra 20 saat ərzində təhvil alınaraq yerindəcə yoxlanılması şərtdir. Sifarişlər çəkiyə uyğun tariflərlə geri qaytarılır. Xarici anbarımıza daxil olmuş bağlama xarici anbarımızdan birbaşa mağazaya geri qaytarılmır.
Nəzərinizə çətdıraq ki, 30 gün müddətində məhsulun fiziki dəyəri 300 ABŞ dollarını aşmamalıdır. Əgər 30 gün müddətində məhsulun fiziki dəyəri 300 ABŞ dollarından artıq olarsa, müştəri məbləğin 36%-ni gömrük rüsumu kimi ödəməlidir.
Proex aşağıda qeyd olunan məhsulların çatdırılması ilə məşğul olmur:
- - Ölkə ərazisindən aparılması qadağan olunmuş mallar
- - Mobil telefonlar
- - Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar
- - İnsan orqanları və toxumaları
- - Zinət əşyaları, qiymətli daşlar və metallar
- - Canlı heyvanlar və flora
- - Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr
- - Zəhərli və toksikoloji maddələr
- - Bioloji və infeksion maddələr
- - Civə, kimyəvi reaktivlər və turşular
- - Şəxsin şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar
- - Tez xarab olan qida məhsulları;
- - Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimatlar
- - Öz xüsusiyyətinə və ya qablaşdırılmasına görə poçt işciləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər
- - Sikkələr, banknotlar və yol çekləri
- - Odlu silah, soyuq silah və onun döyüş sursatları
- - Dövlət qerbi həkk olunmuş sənədlərin əsli
- - Dövlət kəmiyyət vahidləri etalonları
- - Dövlət Arxiv fondunun sənədləri