Niyə online alış-veriş?

Alış veriş hər kəs üçün zövqverici olsa da, çox zaman alır. Vaxtın qızıl olduğunu nəzərə alsaq bir kliklə internetdən sifariş daha məqsədəuyğun hesab edilir. Ölkəmizdə vaxtilə onlayn sifarişə müsbət yanaşılmasa da 1 ildir davam edən Covid-19 pandemiyasi, mağazaların fəaliyyətini dayandırması insanları məcbur onlayna yönləndirdi. Zamanla bu məcburiyyət sevimli bir vərdiş halına gəldi. Onlayn alış-verişin rahatlığını dadanlar mağazalardan uzqlaqlaşdı.

Vaxta qənaət edərək evden çıxmadan alış-veriş etməyin verdiyi rahatlıq, ayağımıza qədər gələn xidmət, seçim müxtəlifliyi, çeşid çoxluğu bizi onlayna yönləndirən əsas səbəblərdir. Bu səbəblərlə yanaşı üstəlik qiymət münasibliyi alıcılara həyəcan verir.

Bəs onlayn alış-verişin üstünlükləri nələrdir:

- Məhsulu birbaşa istehsalçıdan alırıq. Əlavə daşınma xərcləri olmadığından daha sərfəli olur

- Ölkəmizdə mağazası olmayan brendlərin istədiyimiz məhsullarını seçib sifariş edə bilirik

- Vaxta qənaət

- Qiymət - niyə onlayn alış-veriş sualının yəqin ki, ilk cavabı

Onlayn alış-verişin avantajları ilə yanaşı dezavantajları da yox deyil.  Məsələn: sifarişinizi canlı görə, test edə bilmirsiz, məhsul və xidmətdə problem yaşana bilər.  Bununla yanaşı sifarişinizin gecikməsi də gözləniləndir.