Top-5 onlayn alış-veriş saytları

Alış-veriş saytları artıq hər birimiz üçün vazgeçilməzdir. Bir kliklə qapımıza qədər gəlməsi, günüm istənilən saatı alış- veriş imkanı, qiymət münasibliyi ilə inanılmaz rahatlıq bəxş edir. Bir neçə müddətdir ənənəvi alış-verişin önünə keçib deyə bilərik. Xüsusilə, hələ də davam edən pandemiya şəraitində. Artıq e-ticarət saytları alıcıların keyfiyyətli məhsulları aşağı qiymətə almasına şərait yaradır. Ehtiyacımız olan hər məhsulu demək olar ki, onlayn aldığımız bu dövrdə alış-veriş saytlarının axtarışı getdikcə artır. 
Bu bloqumuzda onlayn alış-verişə yeni başlayanlar üçün ən bilinən Top-5 türk e-ticarət saytlarından bəhs edecəyik:
Hepsiburada.com - hər şey ayağına gəlsin sloganı ilə Türkiyənin ən köklü və böyük alış- veriş saytlarındandır. Alıcılarına saysız məhsul seçimləri imkanı verir. Adından da göründüyü kimi istədiyiniz məhsulu burada tapa bilərsiniz.  Saat 14:00- a qədər verilən sifarişləri eyni gün içində təslim etmə qarantisi verən Hepsiburada mobil tətbiq üzərindən xidmət verir. Eyni zamanda, WhatsApp vasitəsilə də rahat əlaqə imkanı yaradır. Pulsuz karqo fürsətləri ilə də fərqini ortaya qoyur.
Morhipo.com - 2011-ci ildə fəaliyyətə başlayan şirkət bir ilkə imza ataraq yeni sezon məhsullarını və avantajlı kampaniyaları saytında topladı. Sizə lazım olan geyim, ayaqqabı, çanta, ev əşyaları və daha çox məhsulu tapa biləcəyiniz bir platformadır. Türkiyə daxilində sifarişləri 24 saat, xaricində isə 48 saatda çatdırır. Çatdırmadığı təqdirdə karqo xərcini özü qarşılayır. Sürətli karqosu və endirimləri ilə həm vaxtınızı, həm də  büdcənizi dəyərləndirmə imkanı verir.
Trenyol.com - ölkəmizdə son vaxtların adı ən çox çəkilən və sifariş verilən onlayn alış-veriş saytıdır. Geyimdə olduğu qədər aksessuar, kosmetika, ayaqqabı və bir çox kateqoriyalarda xidmət verir. Kampaniyaları ilə alış-veriş sevənləri tez-tez sevindirən şirkət sürətli karqosu ilə də diqqət çəkir. Qadın, kişi, uşaq məhsulları çeşidləri üçün axtardığınız hər şeyi rahatlıqla tapa bilərsiniz. Eyni zamanda, taksitlə alma imkanı da yaradır.
N11.com -  bu alış-veriş saytının əsas özəlliyi hər ilin 11-ci ayı və 11-ci günündə etdiyi özəl endirimlərdir. Bu gündə bir çox məhsulda normaldan çox aşağı endirimli qiymətlər təklif edir. Günlük məhsullardan elektronika, geyim və ayaqqabıya qədər bol məhsul çeşidləri olan bu saytda sərfəli şərtlər sızı gözləyir.
Amazon.com.tr - Türkiyədə açılan dünyanın ən böyük e-ticarət platformalarından olan Amazon brendidir. Hər növ məhsul kateqoriyası və münasib qiymətləri ilə fərqlənir. Kitabdan tutmuş elektronika məhsullarına qədər saytdan əldə ede bilərsiniz. Endirim və kredit şərtləri aylıq və həftəlik olaraq bölünür. Fərqli məhsulları ilə alıcıların ehtiyaclarını qarşılayan Amazonda hər şeyi tapa bilərsiniz.
Bəs sizin onlayn alı-verişlərdə ən çox üstünlük verdiyiniz e-ticarət saytı hansıdır?